
Belçikanın "Anderlext" klubunun hücumçusu Keysuke Qoto karyerasını Almaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 21 yaşlı yapon forvard "Frayburq"a keçib.
Məlumatı eyniadlı şəhərin təmsilçisinin mətbuat xidməti yayıb. Gənc oyunçunun müqaviləsinin müddəti açıqlanmayıb. "Transfermarkt" portalı keçidin qiymətini 10 milyon avro məbləğində dəyərləndirib.
Geridə qalan mövsümündə icarə əsasında "Sent-Trüden"in formasını geyinən Qoto bütün turnirlərdə 40 matça çıxaraq 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Yaponiya millisində 4 oyun keçirən Keysuke hazırda davam edən dünya çempionatında yığmanın heyətində olacaq.
Toğrul