
Hücum xəttinin cinahlarını gücləndirmək istəyən "Arsenal" yay transfer pəncərəsi üçün genişmiqyaslı axtarışlara başlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, PSJ-nin satmağa hazır olduğu Bredli Barkola London klubunun radarındadır.
"Topçular", həmçinin "Brügge"dən 40 milyon avroya sərbəst qala biləcək Xristos Tzolis və "Real Sosyedad"ın vingeri Ander Barrenetxeanı da yaxından izləyir.
"Aston Villa"nın hücumçusu Morqan Rocers isə London təmsilçisinin siyahısında tam fərqli və dəyişməz hədəf olaraq qalmaqdadır.