
"Qalatasaray"ın heyətinə qatdığı ulduz hücumçu Viktor Osimhen, klubun transfer siyasətində də mühüm rol oynamağa başlayıb.
Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, cəmi 6 ay əvvəl keçdiyi "Atletiko Madrid"dən ayrılmaq qərarı verən Ademola Lukman üçün həmyerlisi Osimhen birbaşa dövrəyə girib və 28 yaşlı forvarda İstanbulu və komandadakı mühiti "bəh-bəhlə" anladıb.
Osimhenin bu gedişindən sonra Lukman "Qalatasaray"a gəlməyə yaşıl işıq yandırdıb.
O, menecerinə "klubumla anlaşın" təlimatını verib.