
Bu ilin yanvarında "Mançester Yunayted"in baş məşqçi postundan istefaya göndərilən Ruben Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, portuqaliyalı mütəxəssis "Milan"ı çalışdlrmaq təklifini qəbul edib. Mənbə hazlrda tərəflərin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərini müzakirə etdiklərini vurğulayıb. Amorim İtaliya klubunun rəhbərliyi ilə razılığa gələcəyi halda, hər mövsüm üçün 4 milyon avro əməkhaqqı alacaq.
Sözügedən çalışdırıcısı ölkəsinin "Sportinq" və "Braqa" komandalarına da rəhbərlik edib. Milan təmsilçisi geridə qalan mövsümdə A Seriyasında 5-ci yeri tutub.
Nihat