
İspaniyanın "Real Madrid" klubu Mark Kukurelyanın transfer edib.
Fanat.Az xəbər verir ki, informasiyanı Madrid təmsilçisininrəsmi saytı yayıb.
Futbolçunun keçidi ilə bağlı "Çelsi" ilə razılığa gəlinib.
Kukurelya ilə müddəti 2032-ci ilin yayına qədər nızərdə tutulan müqavilə imzalanıb. Arxa xətt oyunçusu İspaniya millisi ilə qatıldığı dünya çempionatından sonra "Real"a qoşulacaq.
Kukurelya geridə qalan mövsümdə "zadəganlar"ın heyətində bütün turnirlərdə 50 matça çıxaraq 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro məbləğində dəyərləndirir.
Nihat