
"Mançester Yunayted"in sabiq baş məşqçisi Ule-Qunnar Sulşer digər İngiltərə klubunun baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Məlumata görə, onun xidmətində "İpsviç Taun" maraqlıdır. Bu posta digər namizəd isə "Strasburq"un çalışdırıcısı Qari Onildir.
Saffolk qraflığının komandasını Premyer Liqaya daşıyan və karyerasında fasilə vermək üçün postundan ayrılan Kiran Makkennanın yerini bu mütəxəssislərdən hansının tutacağı yaxın günlərdə dəqiqləşəcək.
Xatırladaq ki, Sulşer "qırımızı şeytanlar"dan başqa "Molde", "Kardiff Siti" və "Beşiktaş"a da rəhbərlik edib.
Toğrul