
"Liverpul"un yeni baş məşqçisi Andoni İraola hücum xəttini gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, Mersisayd təmsilçisi "Leypziq"in gənc ulduzu Yan Diomandeni heyətinə qatmaq üçün addımlarını sürətləndirib.
Klub rəhbərliyi 19 yaşlı hücumçunu komandanın lideri Məhəmməd Salahın uzunmüddətli xələfi kimi nəzərdən keçirir və artıq ilkin danışıqlara start verilib.
"TEAMtalk" nəşrinin iddiasına görə, PSJ və "Real Madrid"in də yaxından izlədiyi futbolçu üçün Almaniya klubu düz 112 milyon funt-sterlinq tələb edir. İraolanın tam dəstəklədiyi bu transfer əməliyyatının yay pəncərəsinə damğa vuracağı gözlənilir.