
"Atalanta"nın futbolçusu Marko Palestra karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, onun xidmətində son İtaliya çempionu "İnter" maraqlıdır. Mənbə "qara-göylər" 21 yaşlı müdafiəçi üçün Berqamo klubuna 45+5 milyon avroluq rəsmi təklif göndərdiyini vurğulayıb.
Palestra geridə qalan mövsümdə icarə əsasında "Kalyari"nin firmasını geyinib və çıxdığı 37 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul