
"Atalanta"nın gənc sağ müdafiəçisi Marko Palestra İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi"yə keçməkdən imtina edib.
Fanat.Az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, italiyalı müdafiəçi "Stamford Bric"də ona təqdim olunan layihəni bəyənmədiyi üçün londonluların təklifini geri çevirib.
Kluba rədd cavabı verən Palestranın "Çelsi"nin uzunmüddətli strategiyası və gələcək planları barədə ciddi şübhələrinin olduğu bildirilir.
Gənc müdafiəçi bütün riskləri nəzərə alaraq İtaliyada qalmağa və karyerasını fərqli istiqamətdə davam etdirməyə qərar verib.