
"Real Madrid" 2024-cü ilin yayında "Komo"ya satdığı yarımmüdafiəçi Niko Pası geri qaytarmaq istiqamətində A Seriyası təmsilçisi ilə razılığa gələ bilmir.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Pasın müqaviləsinə "kral klubu"nun sonradan 10 milyon avro ödəyərək onu geri almaq hüququ ilə bağlı xüsusi bənd salınsa da, İtaliya klubu orta xətt oyunçusunu heyətdə saxlamaq istəyir.
Belədə, İspaniya nəhəngi "Komo"nun 21 yaşlı futbolçunun keçidini tamamlamadığını əsas gətirərək qarşı tərəfdən 60 milyon avro tələb edir.
Geridə qalan mövsümdə "Komo"nun heyətində bütün turnirlərdə 40 matça çıxan Pas 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc orta xətt oyunçusunun transfer qiymətini 80 milyon avro məbləğində dəyərləndirir.
Toğrul