
"Mançester Siti" yarımmüdafiəçisi Elliot Andersonun transferini tamamlamağa çox yaxındır.
Fanat.Az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klub rəhbərliyi pərdəarxası danışıqlarda böyük irəliləyiş əldə edərək transferin son mərhələsinə qədər gəlib çıxıb.
Yaxın saatlarda tərəflər arasında yeni görüşün keçirilməsi planlaşdırılır.
Əgər yekun razılıq əldə olunarsa, Anderson ABŞ-da tibbi müayinədən keçəcək və "şəhərlilər"lə 5 illik rəsmi müqavilə imzalayacaq. Bu transferin "Siti"yə 120 milyon funt-sterlinqdən baha başa gələcəyi gözlənilir.