
"Atletiko Madrid" Almaniya təmsilçisi "Bayer Leverkuzen"in sol cinah müdafiəçisi Alexandro Qrimaldonu heyətinə qatmağa çox yaxındır.
Fanat.Az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb və oyunçu ilə bütün şəxsi şərtlərdə tam razılıq əldə olunub.
Qrimaldo baş məşqçi Dieqo Simeonenin yeni mövsüm üçün hazırladığı layihəyə yaşıl işıq yandırıb.
Transferin rəsmiləşməsi üçün klubların son detalları dəqiqləşdirdiyi bildirilir.