
İtaliya nəhəngi "İnter" heyətini gənc ulduzla gücləndirmək üçün rəsmi addım atıb.
Fanat.Az xəbər verir ki, Milan klubu Marko Palestra üçün rəsmi təklifini irəli sürüb.
"Göy-qaralar" bu transfer üçün "Kalyari"yə 45 milyon avro nağd və əlavə olaraq 5 milyon avro bonus təklif edib.
Futbolçu ilə şəxsi şərtlərdə artıq tam razılıq əldə olunduğu və gənc oyunçunun "San Siro"ya köçməyə can atdığı qeyd edilir.