
Mersisayd təmsilçisi "Liverpul" heyətini gücləndirmək üçün rekord məbləğdə təklif hazırlayır.
Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "qırmızılar"ın Yan Diomande üçün etdiyi 87 milyon funt-sterlinqlik ilk təklif "Leypsiq" tərəfindən geri çevrilib.
Lakin "Liverpul" geri çəkilmək niyyətində deyil və gənc vinger üçün təklifi 100 milyon funt-sterlinqə qədər qaldırmağa hazırdır.
Əgər bu keçid baş tutmasa, klub alternativ variantlar kimi Yankuba Minteh, Səid El Mala və Matias Fernandesin transferinə diqqət yetirəcək.