
"Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsində komandada təmizlik işlərinə başlamaq üçün maliyyə itkisini gözə alıb.
Fanat.Az insayder Samuel Lakxorsta istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Manuel Uqarteni komandadan göndərmək üçün onun dəyərindən daha aşağı məbləğə satılmasına razılıq verib.
Klub rəhbərliyi üçün ən böyük maneə futbolçunun həftəlik 120 min funt-sterlinqlik yüksək maaşıdır.
Satışı sürətləndirmək üçün Mançester təmsilçisi gələn təklifləri dəyərləndirəcək.