
Hücum xəttini gücləndirmək istəyən "Tottenhem Hotspur" "Mançester Yunayted"in ulduzu Markus Reşfordu hədəf seçib.
Fanat.Az insayder Pit Holla istinadən xəbər verir ki, London klubu ingilis hücumçunun transferi üçün ilkin müzakirələrə başlamağa hazırlaşır.
Lakin "Spurs" futbolçu ilə "Mançester Yunayted" arasında müqavilədə yer alan 40 milyon funt-sterlinqlik sərbəstqalma bəndini ödəmək niyyətində deyil.
Onlar rəhbərliyə daha aşağı məbləğdə təklif göndərməyin yollarını axtarırlar.