
Türkiyə Superliqası təmsilçilərindən "Trabzonspor" heyətində çıxış edən fildişili gənc ulduzu Krist İnao Kulai ilə yollarını ayırmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Qara dəniz təmsilçisi istedadlı futbolçunun transferi müqabilində minimum 50 milyon avro tələb edir.
Hazırda gənc ulduzun transfer siyahısında Avropanın nəhəng klubları yer alır.
"Trabzonspor"un qoyduğu bu rekord qiymətdən sonra PSJ, "Barselona", "Çelsi", "Benfika" və "Leypsiq" kimi klubların rəsmi danışıqlara başlayıb-başlamayacağı idman mətbuatında böyük maraq doğurur.