
"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi hücum xəttini gücləndirmək məqsədilə "Liverpul"un niderlandlı forvardı Kodi Qakponun transferini tələb edib.
Fanat.Az xəbər verir ki, London təmsilçisi Arne Slotun gəlişindən sonra komandada gələcəyi qeyri-müəyyən olan 27 yaşlı futbolçuya 2031-ci ilə qədər müqavilə və əsas heyətdə mühüm rol təklif etməyə hazırdır.
Rəhbərliyin bu keçid üçün "Liverpul"a minimum 60 milyon funt-sterlinqdən çox bir məbləğ ödəməli olacağı bildirilir.
Digər tərəfdən, "Tottenhem" Sandro Tonali üçün də 100 milyon funt-sterlinqdən yuxarı yeni bir təklif hazırlayır.