
Dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İordaniyanı 2:1 hesabı ilə məğlub edən Əlcəzair millisinin hücumçusu Riyad Mahrez mundialların tarixinə düşüb.
Fanat.Az "Actu Foot"a istinadən xəbər verir ki, komandasının qollarından birində məhsuldar ötürmə ilə iştirak edən Mahrez sabiq kamerunlu forvard Roje Milladan sonra mundialda assistlə yadda qalan ən yaşlı afrikalı olub.
O, 35 yaş 4 aylığında səhnəyə çıxmağı bacarıb. Milla isə DÇ-1990-da İngiltərəyə qarşı görüşdə komanda yoldaşının fərqlənməsinə şərait yaratmışdı. Həmin vaxt Roje 38 yaş 1 aylığında idi.
Qeyd edək ki, hazırda 3 xalı olan Əlcəzair seçməsi J qrupundakı son oyununu iyunun 28-də Avstriya millisinə qarşı keçirəcək.
Toğrul