
İtaliyalı mütəxəssis Cennaro Qattuzonun yeni mövsümə harada başlayacağı rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, o, ölkəsinin "Latsio" komandasının "sükanı arxası"na keçib.
Məlumatı Roma təmsilçisinin mətbuat xidməti yayıb.
Sabiq dayaq yarımmüdafiəçisi ilə müqavilənin detalları haqda bilgi verilməyib.
Qattuzo son olaraq İtaliya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilmədiyi üçün tərəflər yolları ayırıb.
Toğrul