
"Real Sosyedad"ın və İspaniya millisinin hücumçusu Mikel Oyarsabal "Barselona"ya transfer olunacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Mənim haqqımda danışırlarsa, deməli, hər şeyi düz edirəm. Amma dərc edilən məlumatlara xüsusi diqqət önəm vermir, buna vaxt itirmirəm. Hazırda dünya çempionatına köklənmişəm. Komandaya bacardığım qədər kömək etməyə çalışıram".
Geridə qalan mövsümdə "Real Sosyedad" forması ilə bütün turnirlərdə 40 matça çıxan Oyarsabal 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat