
İngiltərə Premyer Liqasının iddialı klublarından olan "Arsenal" gələcəyə investisiya etmək məqsədilə transfer bazarına daxil olub.
Fanat.Az xəbər verir ki, "topçular" "Lester Siti"nin 16 yaşlı vingeri Ceremi Monqa üçün klubuna 5 milyon funt-sterlinq dəyərində rəsmi təklif göndərib.
Lakin "tülkülər" bu təklifi dərhal rədd ediblər.
Bildirilir ki, "Lester" hələ 15 yaşında ikən Premyer Liqada 7 oyuna çıxmağı bacaran gənc istedad üçün minimum 10 milyon funt-sterlinq nağd pul və növbəti satışdan 15% pay tələb edir