
İngiltərə Premyer Liqasında yay transfer pəncərəsinin ən böyük gedişlərindən biri reallaşa bilər.
Fanat.Az xəbər verir ki, "Arsenal" "Nyukasl Yunayted"in braziliyalı ulduzu Bruno Qimaraesi heyətinə qatmaq üçün rəsmi addım atıb.
London klubu yarımmüdafiəçi üçün qarşı tərəfə təxminən 55 milyon funt-sterlinq dəyərində rəsmi təklif göndərib.
"Nyukasl" bu ilk təklifi dərhal rədd etsə də, "Arsenal" rəhbərliyi geri çəkilmək niyyətində deyil və yaxın vaxtlarda yeni bir təkliflə qapını döyməyə hazırlaşır.
Hazırda Braziliya millisinin heyətində Dünya Kubokuna fokuslanan ulduz futbolçu isə turnir zamanı diqqətinin dağılmaması üçün danışıqlardan uzaq durmağa çalışır