
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk hücum xəttini ulduz futbolçu ilə gücləndirmək üçün rəhbərliyə xüsusi hesabat təqdim edib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis misirli hücumçu Omar Marmuşun transfer edilməsini israrla tələb edir.
27 yaşlı futbolçu ötən mövsüm "Mançester Siti" forması ilə ümumilikdə 36 rəsmi matçda meydana çıxaraq, hər oyunda orta hesabla 38 dəqiqə şans qazanıb.
Mövsümü 8 qol və 3 məhsuldar ötürmə ilə tamamlayan misirli oyunçu, daha nizamlı və davamlı oynaya biləcəyi bir kluba getmək niyyətindədir