
"Real Madrid" rəhbərliyi komandanın braziliyalı ulduzu Vinisius Juniorun gələcəyini uzunmüddətli təminat altına almaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, "kral klubu" ulduz vingerə təqdim etdiyi müqavilə şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
"Defensa Central" nəşrinin əldə etdiyi məlumata görə, klub prezidenti Florentino Peres braziliyalı futbolçuya illik 25 milyon avro maaş təklif etməyə hazırdır.
Madrid təmsilçisinin bundan əvvəlki rəsmi təklifi isə illik 20 milyon avro civarında olub.