
Hücum xəttini gücləndirmək istəyən "Mançester Yunayted" böyük bir transfer əməliyyatına start verib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" hazırda "Atletiko Madrid" forması geyinən argentinalı ulduz hücumçu Xulian Alvaresin agenti ilə birbaşa əlaqə qurublar.
"Mançester Yunayted"in transfer hədəfinə çevrilən ulduz forvardın gələcəyi böyük maraq doğurur.
İnsayderlərin yaydığı məlumata görə, klubun ciddi marağına baxmayaraq, Alvaresin xəyalı və əsas üstünlük verdiyi seçim hələ də İspaniyanın digər nəhəngi "Barselona"ya qoşulmaqdır.