
İngiltərə təmsilçisi "Lids Yunayted" iddialı bir heyət qurmaq yolunda qapı xəttini tamamilə yeniləmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi "Parma"nın gənc və istedadlı qapıçısı Zion Suzuki üçün rəsmi transfer təklifi göndərib.
İngilislər yapon qapıçıya rəsmən 2031-ci ilə qədər keçərli olan olduqca uzunmüddətli və zəmanətli bir müqavilə təklif edirlər.
Bu transfer üçün İtaliya klubuna tam 30 milyon avro dəyərində qiymət etiketi təyin edilib. İndi bütün gözlər gənc qapıçının verəcəyə son qərara və klubların rəsmi açıqlamasına dikilib.