
"Çelsi" klubu İspaniya millisinin və "Barselona"nın gənc mərkəz müdafiəçisi Pau Kubarsi üçün rəsmi təklif hazırlayır.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, London klubu 19 yaşlı ulduz futbolçu üçün tam 80 milyon avroluq astronomik bir təklif irəli sürməyə tam hazırdır.
Lakin "Barselona" rəhbərliyi gənc müdafiəçinin komandadan ayrılması ilə bağlı hər hansı bir transfer danışığına getmək niyyətində olmadığını qəti şəkildə bəyan edib.
Kataloniya klubu Kubarsinin müqaviləsində yer alan 500 milyon avroluq sərbəstqalma maddəsindən aşağı gələn heç bir təkliflə maraqlanmayacaq.