
"Monako"nun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı Fransa təmsilçisinin mətbuat xidməti yayıb.
Sözügedən komanda 40 yaşlı məşqçi Filipe Luisə tapşırılıb. 40 yaşlı braziliyalı müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Braziliya millisinin sabiq üzvü daha öncə 2023-cü ildə futbolçu karyerasını başa vurduğu "Flamenqo"nu (2024-2026) çalışdırıb. O, "Monako"da Sebastyan Pokonyolini əvəzləyib.
Xatırladaq ki, sözügedən komanda geridə qalan mövsümdə 54 xal toplayıb və Liqa 1-dəki mübarizəni turnir cədvəlinin 7-ci pilləsində tamamlayıb.
Toğrul