
Braziliya və dünya futbolunun ən çox müzakirə edilən ulduzlarından biri olan Neymar karyerası ilə bağlı radikal bir addım atmağa hazırlaşır.
Fanat.Az Braziliyanın nüfuzlu "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu peşəkar futbolçu karyerasına tamamilə son qoymağı ciddi şəkildə nəzərdən keçirir.
Ulduz futbolçunun futbol ətrafında baş verən hadisələrdən mənəvi olaraq çox yorulduğu və Braziliya millisində göstərdiyi xidmətlərin lazımi səviyyədə dəyərləndirilmədiyini hiss etdiyi qeyd olunur.
Hazırda oyunçunun önündə "Santos"da qalmaq, təzyiqi az olan başqa bir kluba keçmək və ya futbolu tamamilə buraxmaq variantları var.