
İngiltərənin "Nottingem Forest" klubu "Sportinq Lissabon"un mərkəz müdafiəçisi Osmane Diomandeni transfer etməkdə qərarlıdır.
Fanat.Az Portuqaliyanın "Record" nəşrinə istinadən xəbər verir ki, Kot-d'İvuar millisinin 22 yaşlı futbolçusu üçün "Sportinq" məbləğdə güzəştə gitməyəcək.
Lissabon təmsilçisi gənc müdafiəçinin keçidi üçün 50 milyon avro tələb edir.
Bu transferin baş tutması üçün ingilislərin göstərilən məbləği tam ödəməli olacağı vurğulanır.