
Qazaxıstanın "Kayrat" klubunda çıxış edən portuqaliyalı hücumçu Jorjinyo uğrunda transfer rəqabəti daha da qızışır.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçunu heyətinə qatmaq üçün bir müddətdir Azərbaycan Premyer Liqasının iki təmsilçisi - "Qarabağ" və "Turan Tovuz" mübarizə aparırdı.
Məlumata görə, portuqaliyalı vinger üçün yarışa artıq yeni iddialılar da qoşulub. Yunanıstanın OFİ və Kiprin "Pafos" klubları da 28 yaşlı forvardı transfer siyahısına salaraq rəsmi addımlar atmağa başlayıblar.
Azərbaycan klublarının maraq dairəsində olan təcrübəli hücumçunun "Kayrat"dan ayrılaraq karyerasını hansı komandada davam etdirəcəyi yaxın günlərdə bəlli olacaq.
Kamil Xudiyev