
İngiltərə Premyer Liqasında növbəti diqqətçəkən transfer reallaşıb.
Fanat.Az məşhur "Footmercato" portalına istinadən xəbər verir ki, "Fulhem"in 29 yaşlı fransalı mərkəz müdafiəçisi İssa Diop "İpsviç Taun"un yeni transferi olacaq.
Yüksək liqa təmsilçisi "İpsviç" bu keçidi rəsmiləşdirmək üçün "Fulhem"ə 10 milyon avro təzminat ödəyəcək.
Tərəflərin artıq şəxsi müqavilənin detallarında da tam razılığa gəldiyi vurğulanır.