
İngiltərənin "Arsenal" klubu braziliyalı hücumçusu Qabriel Jesus üçün tələb etdiyi transfer haqqını 20 milyon funt-sterlinqə qədər endirib.
Fanat.Az "365scores" nəşrinə istinadən xəbər verir ki, təcrübəli forvardı heyətinə qatmaq üçün İtaliya nəhəngi "Milan" yarışda ön sıradadır.
London təmsilçisi ilə müqaviləsinin bitməsinə 1 il qalan Jesusun satışına yaşıl işıq yandırılıb.
Tərəflər arasında transfer haqqının yekun detalları üzrə danışıqlar davam edir.