
İngiltərənin "Liverpul" klubunun misirli ulduzu Məhəmməd Salahın transferi yekunlaşmaq üzrədir.
Fanat.Az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, təcrübəli futbolçunun meneceri bu gün "Beşiktaş" rəhbərliyi ilə görüşmək üçün İstanbula gəlir.
Siyahıda ilk sırada yer alan 32 yaşlı hücumçunu heyətinə qatmaq istəyən "qara qartallar" rəsmi təklifini təqdim edəcək.
Bu transfer gedişatı Türkiyə futbolunda mövsümün ən böyük sürprizi kimi qiymətləndirilir.