
İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna dünyaşöhrətli mütəxəssis Pep Qvardiolanın namizədliyini irəli sürüb.
Fanat.Az xəbər verir ki, federasiya rəhbərliyi təcrübəli məşqçini razı salmaq üçün onunla şəxsi danışıqlar aparıb.
İtalyanlar Qvardiolanın rəhbərliyi altında milli komandanı yenidən dünya futbolunun zirvəsinə qaytarmağı hədəfləyirlər.
İspaniyalı mütəxəssisin bu təklifə verəcəyi cavab bütün futbol ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.