
İngiltərənin köklü klublarından olan "Derbi Kaunti" böyük investorların diqqət mərkəzinə düşüb.
Fanat.Az "Derbyshire Live"a istinadən xəbər verir ki, klub Səudiyyə Ərəbıstanından olan milyarder boks promouteri Türki Alalşik ilə investisiya müqaviləsi bağlamağa çox yaxındır.
Tərəflər arasında aparılan danışıqların son mərhələdə olduğu və yaxın günlərdə rəsmi açıqlama veriləcəyi bildirilir.
Bu sərmayə "Derbi Kaunti"nin yenidən yüksək liqalara qayıtmaq iddialarını artıracaq.