
Portuqaliya futbolunun perspektivli gənc mərkəz müdafiəçilərindən biri olan Antonio Silva karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Benfika"nın gənc ulduzunun "Bornmut"a transferi rəsmən yekunlaşıb.
Bu keçid üçün İngiltərə təmsilçisi Portuqaliya klubuna 25 milyon avrodan biraz çox təzminat ödəyib.
Müdafiə xəttini ulduz oyunçu ilə gücləndirən "Bornmut" rəhbərliyi 20 yaşlı stoperlə uzunmüddətli rəsmi müqavilə imzalayıb.