
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Slovakiya təmsilçisi Lüdovit Kleini 2-ci raundda texniki nokautla məğlub edərək UFC-dəki ikinci qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq növbəti planları barədə danışıb.
Təcrübəli idmançı "Top-15" sırasından olan rəqiblə döyüşmək istədiyini bildirərək xüsusilə Bobbi Qrinlə oktaqona çıxmağa hazır olduğunu bəyan edib.
Tofiqin hədəf göstərdiyi amerikalı idmançı UFC yüngül çəki dərəcəsinin ən təcrübəli, baxımlı və parlaq döyüş stili ilə tanınan veteranlarından biridir.
Kamil Xudiyev