
İngiltərənin "Fulhem" klubu "Sauthempton" və Şimali İrlandiya millisinin mərkəz yarımmüdafiəçisi Şey Çarlzı heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı "bağbanlar"ın mətbuat xidməti yayıb.
Çarlz müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Orta xətt oyunçusu "Mançester Siti"nin yetirməsidir. O, 12 il "şəhərlilər"in strukturunda olub.
Sözügedən futbolçu ötən mövsüm Çempionşipdə mübarizə aparan "Sauthempton"un heyətində 38 matça çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul