
Türkiyə idman mediası şok bir həbs xəbəri ilə sarsılıb.
Fanat.Az xəbər verir ki, tanınmış türkiyəli jurnalist Burhan Can Terzi yerli polis orqanları tərəfindən saxlanılaraq nəzarətə götürülüb.
Buna səbəb jurnalistin "Bayern Münhen"in ulduzu Camal Musialanın "Qalatasaray"a transfer olunacağını iddia edən xəbəri yaymasıdır.
Hüquq-mühafizə orqanları bu iddianı ictimaiyyəti çaşdırmağa yönəlmiş, tamamilə yalan və manipulyasiya xarakterli məlumat kimi qiymətləndirib.
Futbol dünyasında ilk dəfə transfer insaydına görə bir jurnalistin qandallanması həm Türkiyədə, həm də Avropada böyük müzakirələrə yol açıb.