
İspaniya Superkuboku uğrunda oyunlar Türkiyədə keçiriləcək.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Turnirin matçları İstanbul şəhərində baş tutacaq. İspaniya Superkuboku 2027-ci il fevralın 2-7-si aralığında Atatürk Olimpiya Stadionunda təşkil olunacaq. Yarışda "Real", "Barselona", "Atletiko" və "Real Sosyedad" komandaları mübarizə aparacaqlar.
Sözügedən yarışın son qalibi "Barselona"dır. "Blauqrana" finalda əzəli rəqibi "Real Madrid"i 3:2 hesabı ilə üstələyib.
Toğrul