
İngiltərənin "Vest Hem" klubu "Seltik"in yarımmüdafiəçisi Arne Enqelsi transfer edib.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı belçikalı futbolçu müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqaviləyə imza atıb.
"Transfermarkt" portalının məlumatına görə, bu keçid "çəkicdöyənlər"ə 26 milyon avroya başa gəlib. Bu məbləğ Çempionşip üçün transfer rekordudur.
Qeyd edək ki, Enqels ötən mövsüm Şotlandiya komandasının heyətində 46 matça çıxaraq 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro məbləğində dəyərləndirir.
Toğrul