
İngiltərə Premyer Liqasının son çempionu "Arsenal" hücum xəttinə dünya səviyyəli ulduz gətirməyi planlaşdırır.
Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, londonlular "Qalatasaray"da çıxış edən Viktor Osimhenin transfer şərtləri ilə maraqlanıblar.
Türkiyə klubu nigeriyalı hücumçu üçün 60 milyon funt-sterlinqdən yuxarı təkliflərə açıq olduğunu bildirib.
Həftəlik 300 min funtdan çox qazanan Osimhen üçün "topçular"ın rəsmi təklif hazırladığı vurğulanır.