
"Fənərbağça" transfer pəncərəsində növbəti uğurlu maliyyə əməliyyatına imza atır.
Fanat.Az xəbər verir ki, İngiltərənin "Koventri Siti" klubu Sidiki Şerifin transferi üçün "Fənərbağça" ilə 25 milyon avro qarşılığında tam razılıq əldə edib.
Bu barərə "L'Equipe" nəşri məlumat yayıb.
Qeyd edək ki, İstanbul təmsilçisi gənc hücumçunu daha əvvəl "Anje"dən 22 milyon avroya transfer etmişdi.