
İngiltərə nəhəngi "Mançester Siti" hücum xəttini yeni adla gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" "Everton"un hücumçusu İliman Ndiayeni transfer siyahısına daxil ediblər.
Mersisayd təmsilçisi 24 yaşlı seneqallı futbolçu üçün ən azı 80 milyon funt-sterlinq tələb edir.
Ndiaye ilə eyni zamanda "Arsenal" da yaxından maraqlanır, lakin London klubunun prioriteti hələ də Xulian Alvares olaraq qalır.