
Misli Premyer Liqasının 3-cü turunda "Neftçi"ni qəbul edəcək "Zirə"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Cəzalı və ya zədəli oyunçu yoxdur. Komanda "Neftçi" ilə matça tam heyətlə hazırlaşır".
Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşması avqustun 30-da keçiriləcək. Zirə İK stadionunda keçiriləcək görüşün start fiti 20:15-də səsləndiriləcək. Hər iki komandanın hazırda 6 xalı var. Tərəflər turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər.
Nihat