
"Qarabağ"ın səfərdə 1:0 qalib gəldiyi "Tvente"yə evdə 1:4 hesabı ilə uduzaraq uduzaraq Konfrans Liqası ilə vidalaşması məyusedici nəticədir. Əlbəttə, hamımız istəyirdik ki, komandamız turnirin əsas mərhələsində oynasın".
Bu sözləri Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Enshede təmsilçisi ilə daha öncə baş tutan iki mübarizədə iştirak etmiş, 2009-cu ildə Niderlandda "Tvente"yə qol vurmuş veteran futbolçu "köhlənlər"in əvvəlki əzəmətini geri qaytaracağına inandığını bildirib: "Dünyanın sonu deyil ki... Bu, futboldur. Həmişə qalib gələ, həmişə avrokubokların əsas mərhələsində ola bilməzsən. Heyət yenilənib. Yeni transferlərin uyğunlaşması, məşqçinin onlardan nə tələb etdiyini tam şəkildə anlaması müəyyən vaxt aparacaq. Deyərdim ki, zədələr də "Qarabağ"a çox mane oldu. Bir futbolçunun zədələnməsi başqa şeydir, eyni vaxtda bir neçəsinin olmaması başqa... İnanıram ki, Qurban Qurbanov komandanı yenidən əvvəlki vəziyyətinə gətirəcək. "Qarabağ"ın bu mövsüm çempionatda forma yığacağına şübhəm yoxdur. Azarkeşlər də mövcud vəziyyəti anlayışla qarşılamalıdır. Əsl azarkeş ən çətin anlarda da komandanın yanında olmalıdır".
Nihat