
Leon Qoretskanın yeni komandası bəlli olub.
Fanat.Az xəbər verir ki, “Bayern Münhen” ilə yollarını ayıran almaniyalı oyunçu karyerasını "Aston Villa"da davam etdirəcək.
İnformasiyanı İngiltərə təmsilçisinin mətbuat xidməti yayıb.
Qoretska “Aston Villa”ya azad agent statusunda transfer olunub.
Yarımmüdafiəçinin müqaviləsinin şərtləri ilə bağlı hər hansı məlumat açıqlanmayıb.
Xatırladaq ki, 31 yaşlı futbolçu ötən mövsüm “Bayern Münhen”nin heyətində 48 qarşılaşmada meydana çıxaraq, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli