
"Qalatasaray" danimarkalı mərkəz müdafiəçisi Viktor Nelsson ilə müqaviləni ləğv edib.
Fanat.Az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2021-ci ildən sarı-qırmızılı formanı geyinən 27 yaşlı futbolçu artıq azad agent statusu daşıyır.
Klub rəhbərliyi təcrübəli stoperə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.